Kərim Benzema Səudiyyə Ərəbistanı klubuna keçib

 

Mövsümün sonunda İspaniya "Real Madrid"indən ayrılan Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçib.

Demokratikmusavat.com xəbər verir ki, klub fransalı futbolçunun transferini rəsmi tviter hesabından açıqlayıb.

"Benzema bizimlədir. Yeni bir pələng nərə çəkəcək. İttihada xoş gəlmisiniz", - paylaşımda yazılıb.

"Pələnglər" 36 yaşlı forvardla 2026-cı ilin yayınadək imzalayıb.

Qeyd edək ki, "Əl-İttihad" Səudiyyə Ərəbistanı çempionatının son qalibidir.

0.2798318862915