Millimizin baş məşqçisi və vitse-prezidentlər göndərilir - SƏBƏB

 

Bakıda keçirilən dünya çempionatında iştirak edən və yarışı medalsız bitirən taekvondo millimizin məşqçilər korpusunda, həmçinin Azərbaycan Taekvondo Federasiyasında dəyişikliklər olacağı bildirilir.

Qaynarinfo etibarlı mənbəsinə istinadən yazır ki, federasiya rəhbərliyi bu nəticələrdən sonra bir sıra şəxslərlə yolları ayırmaq qərarına gəlib.
 
"Belə ki, yaxın vaxtlarda millimizin baş məşqçisi Reza Mehmandostun istefaya göndərilməsi qərara alınıb. Həmçinin federasiyanın iki vitse-prezidentindən biri, yaxud hər ikisi ilə də yolların ayrılması gözlənilir. Taekvondo Federasiyasında vitse-prezidentlər Nağı Səfərovla Niyaməddin Paşayevdir. Yaxın vaxtlarda federasiya daxilində keçiriləcək iclasda bununla bağlı qərarlar qəbul olunacaq", - deyə sayt yazır.

Dünya çempionatında kişi taekvondoçuların komanda hesabında ilk "beşliy"i Cənubi Koreya, Xorvatiya, Türkiyə, İtaliya və Fil Dişi Sahili tutub. Qadınların mübarizəsində Türkiyə, Fransa, Xorvatiya, Macarıstan və İran fərqlənib. 

Yarışa 13 idmançı ilə qatılan millimiz isə ciddi nəticə ilə yadda qalmayıb. Komandamız yalnız "Ən yaxşı döyüşçü ruhu" nominasiyasında fərqləndirilib.

0.13074803352356