Azərbaycan yığmasının üzvü Ramil Şeydayev “Qarabağ” klubundan ayrılıb.
27 yaşlı hücumçu bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Ramil Şeydayev "Qarabağ"da keçirdiyi günlərə görə təşəkkür edib:
“"Qarabağ"a birlikdə keçirdiyimiz vaxta görə öz təşəkkürümü bildirirəm. Belə bir böyük ailənin üzvü olduğum üçün xoşbəxt idim. Mənə yaxşı və çətin günlərdə dəstək göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bütün klub üzvlərinə isə qeydimə qaldıqlarına və hər zaman kömək etdiklərinə görə təşəkkür edirəm. Sizə hər bir məqama görə dönə-dönə çox sağ olun deyirəm. Mən sizin üçün çox darıxacağam!".