ABŞ-ın MLS Liqası təmsilçisi "Los-Anceles Qalaksi”nin vingeri Duqlas Kosta haqqında həbs qərarı çıxarıldı.
Demokratikmusavat.com "Goal"a istinadən xəbər verir ki, buna səbəb futbolçunun övladına aliment ödəməməsi olub.
Müqavilə ilə Braziliya "Qremio”suna məxsus olan və icarə əsasında ABŞ klubunda çıxış edən Kosta ilə bağlı qərar mayın 26-da Braziliyanın Porte Aleqri şəhərinin məhkəməsində verilib. Beləliklə Kosta vətəninə dönəcəyi təqdirdə, həbs olunacaq.
Vəkili futbolçunun "ədalətin bərqərar olması" üçün qərardan apellyasiya şikayəti vermək istədiyini söylədi.
31 yaşlı "sambaçı" 2022-ci ilin fevralında "LA Qalaksi” ilə müqavilə imzalayıb. O, bu mövsüm cəmi 4 oyuna çıxıb və "Hyuston"a 0:3 hesab ilə məğlub olduqları oyunda qırmızı vərəqə alıb.
Braziliyalı futbolçu "Şaxtyor” (Donetsk), "Bavariya” (Almaniya) və "Yuventus”da (İtaliya) qazandığı liqa çempionluqlarından sonra 2021-ci ildə ökəsinə, "Qremio"ya qayıdıb.