PSJ "Real"ın məşhur futbolçusu ilə anlaşdı

 

Marko Asensio Madrid "Real"ından ayrılacaq.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi "kral klubu"ndan maddi cəhətdən diqqətçəkən təklif alsa da, davamlı forma geyinmədiyi üçün La Liqa təmsilçisindən ayrılmağa qərar verib.

“Milan”, “Aston Villa” və “Yuventus”dan təklif alan cinah hücumçusu PSJ-ni seçib. İddialara görə, tərəflər detalları razılaşdırıb və imza atmaq üzrədir.
Transferin reallaşmasında Asensionun meneceri Jorje Mendeşlə PSJ-nin idman direktoru Luiz Kampos arasında yaxşı münasibətlərin olması da rol oynayıb.

0.29556393623352