“Qarabağ problemini Rusiya yaradıb”

 

Tapdıq Abbas: “Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi türk dünyasının qələbəsidir

- Tapqıq bəy, mayın 25- Moskvada keçirilmiş Rusiya, Azərbaycan Ermənistan üçtərəfli görüşü barədə fikiriniz necədir?

- Moskva görüşünün yekunu barədə altını cızaraq, onu qeyd edim ki, görüşdə Azərbaycanın ziyanına heç bir qərar qəbul edilmədi. Görüş Azərbaycan tərəfinin üstünlüyü ilə keçdi, Ermənistanın baş nazirinin Azərbaycanı suçlamaq üçün göstərdiyi cəhdlər puç oldu. Görüşdən əvvəl yayılmış, guya Rusiya sülhməramlıların Qarabağda daimi qalması barədə Azərbaycanla Rusiya Ermənistan arasında sənəd imzalanacağı barədə gəzən şayə özünü doğrultmadı. Görüşün sonunda heç bir sənədin imzalanmaması onu göstərdi ki, Azərbaycana qarşı tərəflərin irəli sürdükləri ittihamları qəbul etmədi. Görüşdə Ermənistanın baş naziri N. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiya prezidenti V. Putin tərəfindən yüksək qiymətləndirildi, o, vurğuladı ki, bu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün əsasdır.

-Qarşıda Kişinyov görüşü gözlənir, bu görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində addım atıla bilərmi?

- Kişinyov görüşündə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən diplomatik irəliləyişin ola biləcəyi ehtimalı yüksək olsa da, bu görüşdə ümumilikdə iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ümid etmək mümkün deyil. Çünki Qarabağ münaqişəni yaradan himayə edən Rusiyanın sülh müqaviləsinin bağlanmasında həlledici rolunu inkar etmək olmaz. Cənubi Qafqazın Rusiyanın nəzarəti altında olduğu müddətdə Qarabağ münaqişəsinin Rusiyanın iştirakı olmadan həll olunması mümkün deyil.

-Ermənistan rəhbərliyi Zəngəzur koridorunun açılmasına qarşı olduğunu hər zaman ifadə edir. Azərbaycan prezidenti isə, Zəngəzur koridorunun açılacağını bəyan edir, bu koridorun açılma ehtimalı barədə fikirinizi bilmək maraqlıdır.

-Ermənistan rəhbərliyi himayəçiləri Zəngəzur koridorunun açılması əleyhinə olsalar da, koridorun açılması mümkündür güman edirəm ki, açılacaq. Dünyanın əksər güclü dövlətləri Zəngəzur koridorunun açılmasının tərəfdarıdır. Çin, Rusiya, Türkiyə kimi güclü dövlətlər bu koridorun açılmasının vacib olduğunu ərazidə komunikasiya qurğularının işə salınmasında maraqlıdırlar. Azərbaycan prezidentinin Zəngəzur koridorunun açılmasını israr etməsi təsadüfə yox, reallıqlara əsaslanır. Bir həqiqəti vurğulayım ki, Ermənistanın mövqeyi sürətlə zəifləyir,  Azərbaycan bundan istifadə edib, itirdiklərini geri qaytarmalıdır. Xüsusən Ermənistan üzərində Rusiya Qərb arasında gedən mübarizənin gücləndiyi dövrdə Azərbaycan üçün yaranmış əlverişli vəziyyətdən istifadə etmək lazımdır.

-Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi Azərbaycanla Ermənistan arasında gedən münaqişənin həllinə müsbət təsir göstərəcəkmi?

-Qardaş Türkiyədə Ərdoğanın yenidən prezident seçilməsi Azərbaycan, eləcə türk-islam coğrafiyası Türkiyə dövlətinin özünün möhkəmləşməsi üçün çox uğurlu hadisədir. Bu seçim ilk növbədə, Türkiyə dövlətini dünyada zəiflədib, parçalamaq türk-islam coğrafiyasını çökdürmək istəyən düşmənlərin planlarını alt-üst etdi. Kamal Kılıcdaroğlu projesi türk düşmənlərinin hazırladıqları dağıdıcı planı idi. Düzdür, əsasən, Türkiyədə düşmənlərin qəsdən yaratdığı dünyada gedən iqtisadi böhranla bağlı olaraq Türkiyədə baş verən sosial-iqtisadi problemlər prezident seçkilərinin nəticələ-rinə mənfi təsirini göstərdi, ölkədə prezident seçkilərinin ikinci turu keçirildi. Amma türk xalqı seçimdə səhv etmədi Ərdoğanı təkrar prezident seçməklə, daxili xarici düşmənlərin çirkin niyyətlərini həyata keçirməyə imkan vermədi. Ərdoğanın Azərbaycanla Ermənistan arasında hələ sürən Qarabağ münaqişəsinin həll olunmasında sülh müqaviləsinin bağlanmasında rolu barədə söz açmazdan əvvəl, 2020-ci ildə 44 günlük vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində çaldığı qələbəsindəki rolunu xatırlamaq yerinə düşər. Bəli, Azərbaycanın son illər ərzində qazandığı regional beynəlxalq qələbələrdə Türkiyə prezidenti Ərdoğanın rolu böyükdür. Bu uğurların bundan sonra da davam edəcəyinə şübhə etmirəm.

-Sizcə, Azərbaycan prezidentinin Kəlbəcər Laçından Ermənistana yönəlik tələblərə qarşı tərəfin əməl edəcəyinə inananmaq olar?

-Ölkə prezidentinin Ermənistan rəhbərliyinə erməni xalqına son günlər etdiyi müraciət yerində lazımlı müraciətdir. Müraciətdə səslənən fikirlər əsasən, Azərbaycan Ermənistan arasında hərbi təxribatlara son qoymağa, sülh sazişi imzalamağa mehriban qonşuluq münasibətləri qurmağa çağırışdır. Azərbaycanın heç bir dövlətin torpağında gözü olmadığına, bütün qonşu ölkələrlə, o cümlədən Ermənistanla mehriban qonşuluq münasibətləri qurmağa, regionumuzda sülhün vacib olmasına dəvətdir. Cənab prezidentin çıxışları iki qonşu dövlət arasında yalnız sülh şəraitində dostluq mehribançılıq mühitinin yaradılmasına xidmət edir. Əks təqdirdə, daim hərbi təxribat törətməyə cəhd edən, Azərbaycan torpağı Qarabağda seperatizmi gücləndirən Ermənistan üçün çətin olacağını bəyan edir. Hesab edirəm ki, Azərbaycan gecikmədən Qarabağda antiterror əməliyyatı keçirməli Xankəndində Azərbaycan bayrağı dalğalanmalıdır...

 

Söhbətləşdi: Ş. Salehqızı

 

0.18795084953308