İcarə əsasında “Çelsi”də çıxış edən Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Feliks müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıdacaq.
Bu barədə Madrid təmsilçisinin prezidenti Enrike Serezo məlumat verib.
“Maurisio Poçettino (“Çelsi”nin baş məşqçisi - red.) bizə məlumat verib ki, Feliksi “Çelsi”də görmək istəmir. O, bura qayıtmalıdır. Lakin hələ heç nə planlaşdırmamışıq”, - deyə klub rəhbəri bildirib.
Feliks bu ilin yanvarında “Çelsi”yə icarəyə verilib. London klubu istəsə, onu transfer etmək hüququna malik idi.
Portuqaliyalı “zadəganlar”ın heyətində 20 oyun keçirib və 4 qol vurub. 23 yaşlı forvard mövsümün ilk yarısında “Atletiko”da 14 matçda 4 dəfə fərqlənməyi bacarıb.(oxu.az)