Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçirilib.
Demokratikmusavat.com xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 80:80. Əlavə vaxtda rəqibini 86:85 hesabı ilə üstələyən "Sabah" ölkə çempionu olub. Bu görüşədək seriyada hesab bərabər idi - 2:2.
Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.