Paralel.az " xəbər verir ki, ən diq ..."> Paralel.az " xəbər verir ki, ən diq ...">

“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib

 

Azərbaycan Premyer Liqasında XXXVI – sonuncu turun daha bir oyunu keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, ən diqqətçəkən görüş “ASCO Arena”da baş tutub.

Elitada qalmaq uğrunda mübarizə aparan autsayderlər “Səbail”lə “Şamaxı” komandaları birincilərin meydanında üz-üzə gəliblər.

Matçın 45+1-ci dəqiqəsində rəqib müdafiəçinin səhvini bağışlamayan “Səbail”in argentinalı yarımmüdafiəçisi Franko Mazurek hesabı açıb. Bu, həm də oyunda vurulan yeganə qol olub. 90+2-ci dəqiqədə rəqibi başla vuran bakılıların oyunçusu Elmir Tağıyev meydandan qovulub.

“Səbail” son dəqiqələri azlıqda keçirməsinə baxmayaraq, 1:0 hesablı qələbə qazanaraq, mövsümü 29 xalla doqquzuncu pillədə başa vurub.

25 xalla axırıncı – 10-cu yeri tutan “Şamaxı” isə Premyer Liqanı tərk edib. AFFA idman prinsiplərini əsas götürsə, “Şamaxı” 2023/2024 mövsümünü I Divizionda, “Araz-Naxçıvan” isə elitada keçirəcək. Yalnız yüksək liqada komanda sayının 12-yə yüksəldilməsi qərarı veriləcəyi təqdirdə, “Şamaxı” çempionatdakı çıxışını davam etdirəcək.

Günün digər oyunlarında “Qəbələ” “Kəpəz”lə heç-heçə (1:1) edib, “Zirə” “Sumqayıt”a səfərdə 3:0 hesabı ilə qalib gəlib. Mövsümə mayın 28-də keçiriləcək “Neftçi” – “Sabah” və “Qarabağ” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

N

Komanda

O

Q

H

M

T-F

X

1

Qarabağ

35

27

6

2

88-24

87

2

Sabah

35

25

6

4

75-23

81

3

Neftçi

35

19

8

8

62-38

65

4

Qəbələ

36

13

11

12

47-47

50

5

Zirə

36

13

11

12

45-46

50

6

Turan Tovuz

35

10

9

16

35-46

39

7

Sumqayıt

36

8

7

21

26-70

31

8

Kəpəz

36

6

13

17

34-62

31

9

Səbail

36

7

8

21

32-62

29

10

Şamaxı

36

4

13

19

26-52

25

0.15645098686218