Taylandın "Buriram Yunayted" klubu ilə razılığa gələn Ramil Şeydayev yeni müqavilə ilə bağlı aparılan danışıqlar zamanı "Qarabağ" rəsmilərinə yalan danışıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu perspektivsiz Asiya çempionatında çıxış edən klubun təklif etdiyi məbləğin qarşısında "əriyərək" ağdamlıların onun maaşını artırmasına razılaşmayıb.
Şeydayev danışıqlar zamanı Rusiyaya qayıtmaq istədiyini və ailə vəziyyəti səbəbindən "Qarabağ"da qala bilmədiyini dilə gətirib. Sonradan məlum olub ki, Ramil bunu əlavə sorğu-sualdan qurtulmaq üçün deyib və tamahkarlığının üstünü bu yolla ört-basdır etməyə çalışıb.