"Neftçi" bu yay Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yoldaşlıq tunirində iştirak edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə klubdan "Sport-express" nəşrinə açıqlama verilib.
Bildirilib ki, "ağ-qaralar" mini-turnirə qatılmaqda maraqlıdır: "Danışıqlar gedir, lakin hələlik iştirakımızı rəsmən təsdiqləyə bilmirik".
Turnirdə Rusiyanın "Zenit", Türkiyənin "Fənərbağça" və Serbiyanın "Srvena Zvezda" komandaları da mübarizə aparacaq.
Daha əvvəl Moskva "Dinamo"sunun da turnirə qatılacağı bildirilib. Lakin paytaxt klubunda baş məşqçi dəyişikliyi olduğundan, sözügedən kollektivi məhz "Neftçi"nin əvəzləyəcəyi gözlənilir.