Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekunlarına əsasən, bu ada İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Bernardu Silva layiq görülüb.
Portuqaliyalı futbolçu evdə İspaniyanın “Real Madrid” klubuna 4:0 hesabı ilə qalib gəldikləri matçda iki qol vurub.
Qeyd edək ki, iki oyunun yekununda rəqibindən 5:1 üstün olan “Mançester Siti” finala vəsiqə qazanıb. “Şəhərlilər” həlledici matçda İtaliyanın “İnter” klubu ilə qarşılaşacaqlar.