Türkiyənin tanınmış klubu həvəskarlar liqasına düşdü

 

Türkiyənin köklü klublarından olan “Eskişehirspor” həvəskarlar liqasına düşüb.

Demokratikmusavat.com ” xəbər verir ki, 3-cü liqada çıxış Eskişehir təmsilçisi sona bir tur qalmış “Elazığspor”a 3:6 hesabı ilə uduzub və çempionatı tərk edəcəyi dəqiqləşib. Komanda 26 xalla 17-ci sırada qərarlaşıb. 

Qeyd edək ki, “Eskişehirspor” 1970/1971 mövsümündə ölkə kubokunu qazanıb. 

Klub həmçinin 1968/1969, 1969/1970 və 1971/1972 mövsümündə Superliqanın gümüş mükafatçısı olub.

Xatırladaq ki, millimizin sabiq üzvü,“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov 2010-2011 mövsümündə “Eskişehirspor” da çıxış edib. O, bu komandanın heyətində 5 rəsmi oyuna çıxıb.

0.18844604492188