Respublika Stadionunda işlərə başlanır  - "Beşiktaş"la oyunundan sonra...

 

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir. 

Demokratikmusavat.com -ın məlumatına görə, buna səbəb hazırda qazonun istismara yararsız olmasıdır. 

Stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra stadionun ot örtüyünün yenilənməsinə zərurət yaranıb. Buna görə də “Sabah" - “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanıb. 

Meydança tam bərpa edildikdən sonra avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub.

0.21382784843445