Xəbər verdiyimiz ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri baş tutub.
Demokratikmusavat.com xəbər verir ki, seçkilər nəticəsində sabiq milli futbolçulardan 3-ü deputat seçilib.
Qeyri-rəsmi yekun nəticələrə görə, millət vəkili adını qazanmış şəxslər Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Alpay Özalan, Milliyətçi Hərəkat Partiyasının namizədi Saffet Sancaklı və İYİ Partiyasının namizədi Ünal Karamandır.
Alpay Özalan əvvəlki dönəmdə olduğu kimi bu dəfə də səs toplayaraq depuatat seçilib.
Saffet Sancaklı məmləkəti kOcaelində, Ünal Karaman isə Konyada seçicilərinin dstəyi sayəsində millət vəkili statusu qazanıb.
İdman ictimaiyyətindən deputat seçilənlərlə yanaşı, uğur qazana bilməyənlər də olub.
Belə ki, AKP-nin millət vəkili namizədi, keçmiş futbol hakimi Kuddusi Müftüoğlu, İYİ Partiyasının sabiq milli futbolçu Gökhan Zan, CHP-nin namizədi milli taekvondoçu İrem Yaman parlamentə girə bilməyib.
Qeyd edək ki, A.Özalan "Fənərbaxça", "Beşiktaş", S.Sancaklı "Fənərbaxça", "Beşiktaş" və "Qalatasaray", Ü.Karaman isə "Trabzonspor" və b. yerli klublarda oynayıblar.
Billurə