Azərbaycan millisinin və "Konyaspor"un futbolçusu Mahir Emreli evdə "Kayserispor"la 2:2 hesablı heç-heçə etdikləri Türkiyə Super Liqasının XXXIII tur matçının ən zəif oyunçusu olub.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ən zəif reytinq xalını alıb. Təcrübəli forvard sözügedən qarşılaşmada cəmi 6 xal toplayıb.
Qeyd edək ki, müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsus olan Mahir Emreli "Konyaspor"da icarə əsasında çıxış edir. Onun Konya təmsilçisi ilə sözləşməsi cari mövsümün sonunda başa çatacaq.