Məşhur derbidə dava düşdü, 7 futbolçu qırmızı vərəqə gördü

 

Argentina Premyer Liqasının 15-ci turu çərçivəsində baş tutan "River Pleyt" - "Boka Xuniors" matçı qalmaqalla yadda qalıb.

Qaynarinfo-nun məlumatına görə, "Monumental" stadionunda keçirilən görüşdə meydan sahibi sahibi River Pleyt 90+3-cü dəqiqədə Migel Borxanın penaltidən vurduğu qolla qələbə qazanıb.
Prinsipial qarşılşamada vurulan qoldan sonra meydanda böyük dava düşüb. 2 tərəfdən ümumilikdə 7 futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb. "River Pleyt”in heyətində Aqustin Palavesino, Elias Qomez və Ezekiel Senturion, "Boka Xuniors”dan isə meydanda olmayan Migel Merentiel, İqnasio Fernandes, Nikolas Valentini və Xorxe Fiqal qırmızı vərəqə ilə cəzalandırılıb. 

111 dəqiqə davam edən qarşılaşmadan qazandığı qələbədən sonra "River Pleyt" 37 xalla liderliyini davam etdirib. "Boka Xuniors" isə 18 xalla 15-ci yerdə qalıb. Liqanın növbəti oyun həftəsində "River Pleyt” səfərdə "Talleres”lə, "Boka Xuniors” isə doğma meydanda "Belqranonu” qəbul edəcək.
 

0.23253011703491