"Heydər Əliyev - 100" Beynəlxalq Minifutbol Turniri: Çexiya çempion, Azərbaycan 4-cü olub

 

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin mükafatçıları müəyyənləşib.

Demokratikmusavat.com xəbər verir ki, bu gün keçirilən final və üçüncü yer uğrunda oyunla yarışa yekun vurulub.

Azərbaycan millisi bürünc medal uğrunda matçda Qazaxıstan kollektivi ilə üz-üzə gəlib. 2:2 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq olan Qazaxıstan bürünc medala yiyələnib. Elşad Quliyevin yetirmələri isə turniri 4-cü pillədə başa vurublar.

Finalda Serbiya və Çexiya seçmələri münasibətlərə aydınlıq gətiriblər. Çexiyalılar rəqibi minimal fərqlə (4:3) məğlub edərək, beynəlxalq turnirin qalibi olublar. Serbiya komandası isə gümüş mükafata yiyələnib.

0.19765782356262