Ərəb klubundan Messiyə rəsmi təklif

 

PSJ-nin futbolçusu Lionel Messi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan rəsmi təklif alıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Səudiyyə klubunun bu təklifi Messinin hazırda aldığı yeganə təklifdir.

Həmçinin qeyd edilib ki, Messinin Paris klubu tərəfindən komandadan uzaqlaşdırılması təkcə onun Səudiyyə Ərəbistanına icazəsiz səfərinə görə deyil, həm də argentinalı futbolçunun PSJ layihəsini tənqid etməsi və komandada qalmayacağını deməsi ilə bağlıdır.
Qeyd edək ki, Lionel Messi 2021-ci ildə “Barselona”dan ayrılaraq azad agent kimi PSJ-yə keçib. 35 yaşlı hücumçunun Paris klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.(Qafqazinfo)

0.68235492706299