"İlski" neft emalı zavodunun anbarında yanğın davam edir

 

Krasnodar diyarındakı İlski neft emalı zavodunun anbarında yanğın baş verib. Fövqəladə hallar xidmətinin məlumatına görə, buna pilotsuz təyyarənin düşməsi səbəb olub.

Xarici medianın yaydığı məlumata görə, naməlum pilotsuz təyyarənin hücumu nəticəsində Severski rayonunun İlski şəhər tipli qəsəbəsində “İlsky” neft emalı zavodunun çənində baş verən yanğın davam edir.

Şahnaz, "Demokratikmusavat.com"

0.16677403450012