32 yaşlı Olimpiya çempionu vəfat etdi

 

Amerikalı atlet Tori Boui 32 yaşında vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə idmançının müştərisi olduğu “Icon Management” idman agentliyinin sosial şəbəkələrində məlumat verilib.

Torinin ölüm səbəbi barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, idmançı 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarının çempionu olub.

0.14658713340759