Kişi arvadının sevgilisinin qulağını dişlədi

 

Tailandda kişi arvadının sevgilisinin qulağını dişləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Tailandın Çonburi əyalətindən olan kişi hamilə arvadının onu aldatdığını bilib. Arvadının sevgilisinin adının Sofon olduğunu öyrənib və vəziyyəti düzəltmək üçün bazarda onunla görüşməyə razı olub. Hər iki şəxs dostlarını görüşə gətirib. Aralarındakı söhbət qısa zamanda davaya çevrilib.

Kişi deyib ki, dava zamanı Sofon şüşə butulka ilə onun başına bir neçə dəfə zərbə endirib. O, özünü necə müdafiə edəcəyini bilməyib, ona görə də qarşı tərəfin qulağını dişləyib. Sofona ilkin tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Onun vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.

Polis əvvəlcə davaya səbəb olan bütün kişiləri və hamilə qadını dindirilmək üçün şöbəyə çağırıb. Davada iştirak edənlərə hələlik ittiham irəli sürülməyib.

0.37967419624329