Xersonda komendant saatı elan ediləcək

 

Ukraynanın cənubundakı Xerson şəhərində cümə günündən etibarən 58 saatlıq komendant saatı elan ediləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xerson vilayətinin Hərbi Administrasiyası məlumat yayıb.

Bildirilib ki, şəhərin giriş-çıxışı həmin müddətdə bağlı olacaq.

Vurğulanıb ki, bölgə sakinləri ehtiyaclarını ödəmək üçün evlərinin yaxınlığındakı mağazalara gedə biləcəklər.

Qeyd edək ki, Rusiyanın Xersonda bazara təşkil etdiyi hücumda azı 3 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.

0.186931848526