Tural Muxtarovun cinayət işi üzrə təfərrüatlar məlum olub 

 

Sumqayıt şəhərində tanışını qətlə yetirməkdə təqsirli bilinən Tural Muxtarovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir i, hadisə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində kirayədə yaşayan Bislan Bakayev naməlum şəraitdə öldürülüb. Şəhərin polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bakayevin qəsdən öldürülməsində şübhəli bilinən, 1987-ci il təvəllüdlü Muxtarov Tural Arif oğlu tutulub, hadisə yerindən cinayətin aləti olan 1 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb. 

T.Muxtarov müdafiəçinin iştirakı ilə dindirilərkən ifadəsində cinayətin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı törətdiyini etiraf edib.

İş üzrə dindirilmiş Tural Muxtarov ifadəsində göstərib ki, 2002-ci ildən 2017-ci ilə kimi Moskva şəhərində yaşayıb. 2013-cü ildə RF-da törətdiyi cinayətlərə görə iki dəfə azadlıqdan məhrum olunub. 

Azadlığa buraxılandan sonra Azərbaycana qayıdıb və Ağcabədi rayonunda atasının evində yaşayıb. Ev təmiri ustası kimi çalışıb. 

2019-cu ilin iyul ayında Bakıya Xəzər rayonunun Binə qəsəbəsində yaşayan bacısı gilə köçüb. Həmin ərazidə yaşayan Taleh Bədəlovla birlikdə işləyib. 

Hadisədən 2-3 gün əvvəl tanışına zəng vurub 30 manat borcunu qaytarmasını istədikdə iş yoldaşı Sumqayıtda yerləşən zavodda yeni işə başladığını bildirib və ona şərikli işləməyi təklif edib. 

Talehlə əvvəllər Cavid adlı şəxs və tanımadığı çeçen əsilli Bislan Bakayev işləyib. 

Avqustun 11-də Tural Tağıyev qəsəbəsinə gəlib Taleh və digər şəxslərlə görüşüb. Bədəlov onu iş yeri ilə tanış edib. Sonra isə birlikdə evə gedib yemək yeyiblər. İlkin olaraq Bislan Bakayev ona xoş təsurat bağışlayıb. 

Ayın 13-də o, Cavid və Taleh iş işə gediblər lakin tikinti materialları olmadığından evə qayıdıblar. Bir müddətdən sonra Bislanda evə gəlib. 

Saat 15:00 radələrində onlar mağazadan 2 litrə yaxın araq alıb mətbəxdə yeyib-içməyə başlayıblar. Bir müddət sonra Cavid çıxıb gedib. Saat 18:00 radələrində artıq sərxoş olanda Bislan əl-qolla danışaraq onun sözünü kəsib. Bir neçə dəfə ondan sözlərinə fikir verməsini tələb etsə də, Bakayev söylədiklərinə məhəl qoymayıb. Mübahisə etməklə onu açıq-aşkar davaya cəlb edib. Artıq dözməyib ayağa qalxıb. Bislanın üstünə gəlib onu vuracağını zənn edib və bu səbəbdən masada olan mətbəx bıçağını götürüb döş qəfəsinə bir zərbə vurub və boynunu bədəninə sıxıb ki, o cavab zərbə endirə bilməsin. Əlini buraxan kimi Bislan yerə yıxılıb. Bu zaman Taleh təcili tibbi yardıma zəng edib. Tural tanışına hiddətlənib onu işə saldığını deyib. 

Tural Muxtarov ifadəsinin davamında bildirib ki, əsəbindən Talehin yumruqla sifətinə, çəngəllə qoluna və şalvarının kəməri ilə bir neçə dəfə bədəninə zərbələr vurub. 

Taleh təcili tibbi yardım avtomobilini qarşılamaq üçün evdən çıxıb. Əllərini yuyandan sonra  hadisə yerindən uzaqlaşıb. Evdən çıxıb gedəndə Talehin və Bislanın mobil telefonlarını da götürüb ki, tanışı polisə xəbər verməsin.

Bakıya bacısının evinə gedib və hadisəni həmin vaxt orada olan qardaşına danışıb. Qardaşıda ona gedib polisə təslim olmasını deyib. Səhərsi gün polis əməkdaşları evə gəlib onu polis idarəsinə aparıblar. 

Məhkəmə prosesində Tural Muxtarov ittiham üzrə özünü qismən təqsirli bilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Muxtarov 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Natiq



0.17546606063843