PSJ hücumçu Lionel Messini 2 həftəlik komandadan uzaqlaşdırıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə RMC məlumat yayıb.
Rəhbərlik futbolçunu baş məşqçi Kristof Qaltye və futbol müşaviri Luiş Kampuşla razılaşdırılmamış Səudiyyə Ərəbistanına səfərə görə cəzalandırmaq qərarına gəlib.
Daha əvvəl bildirilirdi ki, Messinin bazar ertəsi səhər məşqdə olmaması komanda daxilində, ilk növbədə, futbolçular arasında çoxlu söz-söhbətə səbəb olub.
Yaxın Şərq ölkəsində turizm səfiri olan Messi Fransa çempionatının 33-cü turunda “Loryan”la oyunda (1:3) məğlub olandan sonra Səudiyyə Ərəbistanına gedib.
Xatırladaq ki, PSJ Fransa liqasına liderlik edir və “Marsel”dən 5 xal öndədir.