“Dinamo” Mahir Emreliyə də çempionluq medalı verəcək

 

Xorvatiya I Liqasında 2022/2023 mövsümünün çempionu olan Zaqreb “Dinamo”su hazırda Türkiyə “Konyaspor”unda icarə əsasında çıxış edən Mahir Emreliyə də medal verəcək.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Report”a 26 yaşlı hücumçunun anası Elnurə Emreli məlumat verib.

O bildirib ki, yerli çempionatının reqlamentinə əsasən, 26 yaşlı hücumçu da mükafatlandırılacaq.

Qeyd edək ki, Mahir Emrelinin “Konyaspor”la icarə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.

0.38455319404602