Portuqaliyalı yarımmüdafiəçi Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılmaq istədiyi iddia olunur.
“Qafqazifo” xəbər verir ki, bu haqda “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 38 yaşlı idmançının dil baryeri və ölkədəki həyatın xüsusiyyətləri səbəbindən kluba uyğunlaşması çətinləşib.
Qeyd edək ki, 2022-ci ilin noyabrında 37 yaşlı futbolçunun “Mançester Yunayted”lə müqaviləsinə xitam verilib.Yanvarın 2-də Ronaldo ildə 200 milyon avro alacağı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından “Əl-Nəsr”in oyunçusu olub.