“Turan Tovuz”un qapıçısı Kamal Bayramovun cəzası azaldılıb.
Oxu.Az xəbər verir ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin 38 yaşlı qolkiper barəsində qəbul etdiyi 3 oyunluq diskvalifikasiya qərarında dəyişiklik edib.
Sanksiyasının icra edilməyən 2 oyun kənarlaşdırılmaya dair hissəsinin icrası 1 oyunluq dayandırılıb və buna görə 6 ay sınaq müddəti təyin olunub.
Sınaq dövründə Bayramov qayda pozuntularına yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.