“Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdiyimizi düşünürəm”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu İrəvanda keçirilmiş Avropa Çempionatında qızıl mükafat qazanan türkiyəli idmançı Nuray Güngör deyib.
“Belə gözəl qarşılama üçün təşəkkür edirəm. Bir daha Azərbaycan-Türkiyə qardaşlığını ortaya qoymuş olduq. Ermənistanda iki qızıl medal qazandım və İstiqlal marşımızı oxutdum. Bunun ayrı bir qüruru var. Azərbaycanlı bacı-qardaşlarımız yoxdursa, biz varıq dedik və İstiqlal marşımızı Ermənistanda oxutmaqla onlara ən gözəl cavabı verdiyimizi düşünürəm. Azərbaycana qarşı edilmiş hörmətsizlik bizə də edilmişdir”, - deyə o qeyd edib.