Əliyar Ağayev Super Liqa oyununa təyinat alıb

 

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Demokratikmusavat.com xəbər verir ki, 36 yaşlı baş hakim PAOK və "Aris" komandaları arasında keçiriləcək XXXIII tur matçını idarə edəcək.

Ona laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Kamal Umudlu isə VAR-da iş başında olacaq.

Qeyd edək ki, aprelin 30-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0.16902303695679