Ölümdən dönən sabiq “Qarabağ”lı üçün mövsüm erkən başa çatdı

 

Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm erkən başa çatıb.

Oxu.az xəbər verir ki,bu barədə yarımmüdafiəçi özü məlumat verib.

Rusiya Premyer Liqasının XXIV tur oyununda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşma nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı hücumameyilli oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını deyib.
“Reabilitasiya müddəti 15-20 gün olacaq. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəyəm. Böyük ehtimalla növbəti mövsümün hazırlığı zamanı komandaya qoşulacağam”, - braziliyalı açıqlamasında bildirib.

0.20838904380798