Ronaldo sevgilisindən ayrılır?

 

Səudiyyə Ərəbistanında çətin günlər keçirən Kriştiano Ronaldo meydanda və meydandan kənarda problemlər yaşayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Məlumata görə, 38 yaşlı futbolçunun sevgilisi Corcina Rodriqezlə münasibətləri pisləşib. İddiaya görə, 8 ildir birlikdə olan cütlük ayrılmaq üzrədir. 

Əgər ayrılıq reallaşarsa, “Əl-Nəsr”in oyunçusu Corcinaya 350 milyon avro ödəyə bilər. Bu məbləğ forvardın sərvətinin 35 faizi deməkdir. 
Daha əvvəl də Ronaldo öz açıqlamasında Corcinanın çox pul xərcləməyinə, tez-tez alış-veriş etməyinə əsəbiləşdiyini bildirmişdi.

Qeyd edək ki, Ronaldonun 5 övladından 2-sinin anası Corcinadır. 

0.2335798740387