Mask Ronaldunun “Twitter”dəki mavi işarəsini qaytardı - FOTO

 

Aprelin 1-dən etibarən “Twitter” təsdiqlənmiş hesablar üçün istifadə edilən mavi işarələri ödənişlə təklif etməyə başlayıb.

Xüsusi abunə üçün ayda 8 dollar ödəməyənlər isə işarədən məhrum edilib.

Onların arasında Kriştianu Ronaldu, Serxio Ramos, Erlinq Holand, Kilian Mbappe, Kevin Durant, Rocer Federer və Rafael Nadal kimi idmançılar da olub.

Bununla belə, bu gün bir neçə yüz hesabın, o cümlədən ən yaxşı futbolçuların mavi işarəsi geri qaytarılıb.

Bildirilir ki, İlon Maska məxsus sosial şəbəkə fikrini bir qədər dəyişərək milyondan çox abunəçisi olan istifadəçilərə işarələri pulsuz qaytarıb. Təsdiq nişanı Maskın öz istəyi ilə daha az abunəçi olan bir neçə bloqer üçün də bərpa edilib.

0.12502908706665