"Fənərbağça" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi heyətinə yeni ulduz futbolçu qatmaqla azarkeşlərini sevindirmək istəyir. "TuttoMercatoWeb"in yaydığı məlumata görə, "sarı-laçivərtlilər" "Tottenhem"in yarımmüdafiəçisi Lukas Mouranı heyətinə qatmaqda israrlıdır. Xəbərə görə, "Fənərbağça" braziliyalı ulduz ilə danışıqları davam etdirir.
Mənbə Mouranın azad agent kimi komandanı tərk edəcəyini təsdiqləyib.
Qeyd edək ki, 30 yaşlı futbolçunun London təmsilçisi ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. 2018-ci ilin qışından "Tottenhem"in formasını geyinən braziliyalı oyunçu bu mövsüm komanda ilə 16 oyunda meydana çıxıb.