Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Demokratikmusavat.com xəbər verir ki, 130 kq çəki dərəcəsində çıxış edən idmançı Rza Kayaalpla (Türkiyə) üz-üzə gəlib.
Rəqibinə məğlub olan Şəriəti gümüş medalla kifayətlənib.
87 kq-dakı İslam Abbasov isə bürünc medal qarşılaşmasında Laşa Qobadzeyə uduzaraq (Gürcüstan) beşinci yeri tutub.