Azərbaycanın daha bir yunan-Roma güləşçisi Ülvü Qənizadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Demokratikmusavat.com ın məlumatına görə, 72 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Türkiyə təmsilçisi Selcuk Canla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Qənizadə qızıl medal uğrunda görüşdə İbrahim Hassan Qanemlə (Fransa) görüşəcək.