Erlinq Holann 200 qola ən gənc yaşda çatan ikinci futbolçu oldu

 

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann XXI əsrdə 200 qol həddinə ən gənc yaşda çatan ikinci oyunçu olub.

Demokratikmusavat.com xəbər verir ki, Premyer Liqanın XXX turunda “Sauthempton”la (4:1) qarşılaşmada dubl edən norveçli hücumçu 22 yaş 261 günündə ikinci “yüzlüy”ü tamamlayıb.

O, bunu həyata keçirmək üçün braziliyalı Neymardan cəmi 6 gün gec qalıb. “Sambaçı” 2014-cü ildə İspaniya “Barselona”sında olarkən 22 yaş 256 günündə 200-cü qolunu vurub.

Tarixi rekord əfsanəvi braziliyalı Peleyə məxsusdur. O, 1960-cı ildə “Santos”un heyətində 19 yaş 292 günündə 200-cü qolunu vurub.(Report)

 

Futbolçu

Ölkəsi

Yaşı

Tarix

Klubu

Oyun

1

Neymar

Braziliya

22 yaş 256 gün

18/10/2014

“Barselona”

“Eybar” – 3:0

2

Erlinq Holann

Norveç

22 yaş 261 gün

08/04/2023

“Mançester Siti”

“Sauthempton” – 4:1

3

Kilian Mbappe

Fransa

23 yaş 014 gün

03/01/2022

PSJ

“Vann” – 4:0

4

Lionel Messi

Argentina

24 yaş 054 gün

17/08/2011

“Barselona”

“Real Madrid” – 3:2

5

Raul

İspaniya

24 yaş 160 gün

04/12/2001

“Real Madrid”

“Panatinaikos” - 3:0

6

Ali Aşfaq

Maldiv adları

24 yaş 216 gün

10/04/2010

“VB Sports”

“Valensiya” – 5:0

7

Romelu Lukaku

Belçika

24 yaş 304 gün

13/03/2018

“Mançester Yunayted”

“Sevilya” – 1:2

0.14398884773254