Fransanın PSJ klubunun futbolçusu Lionel Messi klub səviyyəsində Avropada ən çox qol vuran Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldunun rekordunu yeniləyib.
Demokratikmusavat.com xəbər verir ki, argentinalı oyunçu Fransa Liqa 1-nin XXX turunda “Nitsa” ilə görüşdə fərqlənərək buna nail olub.
Komandasının 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada hesabı açan 36 yaşlı hücumçu klub karyerasında Avropada 702-ci qolunu vurub. Ronalduda isə bu say 701-dir. Bu göstəriciyə çatmaq üçün dünya çempionu həmkarından 105 oyun az keçirib.
“Nitsa” ilə matçda ikinci qolun assistini edən Messi, həmçinin, cari mövsüm Avropanın “Top-5” liqasında ən çox məhsuldar ötürmə verən İngiltərə “Mançester Siti”sinin yarımmüdafiəçisi Kevin De Bruyneyə çatıb. Hazırda hər iki oyunçunun aktivində ölkə çempionatında 14 assist var.
Qeyd edək ki, Lionel Messi bu mövsüm bütün turnirlərdə 33 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib.