"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard yenidən London təmsilçisinin sükanı arxasına keçmək istəyir.
"Report" "The Times"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis müvəqqəti olaraq bu vəzifəni yerinə yetirməyə hazırdır.
"Zadəganlar"ın Lempardın namizədliyini ciddi şəkildə nəzərdən keçirdiyi bildirilib. İddiaya görə, Premyer Liqa təmsilçisi yeni baş məşqçi tapılanadək komandanı veteran futbolçuya etibar etməyi düşünür.
Klub rəhbərliyinin əsas hədəfi isə Luis Enrike və ya Yulian Nagelsmandır.
Qeyd edək ki, 2019-2021-ci illərdə "Çelsi"yə rəhbərlik edib. Onun son klubu "Everton" olub.