Paralel.az fanat.az-a istinadən xəbər veri ..."> Paralel.az fanat.az-a istinadən xəbər veri ...">

Mahir Emreliyə yer tapılmayan komanda dağılır

 

Xorvatiyanın "Dinamo" klubu heyətlə bağlı ciddi sıxıntı yaşayır.

Demokratikmusavat.com xəbər verir ki, hazırda icarə əsasında Türkiyə "Konyaspor"unda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin müqavilə ilə bağlı olduğu Zaqreb təmsilçisi bu həftə keçirəcəyi oyunlar üçün futbolçu tapa bilmir.

"Dinamio" bu gün kubokun yarımfinal matçında "Şibenik"in qonağı olacaq, şənbə günü isə çempionatın 28-ci turunda "Lokomotiva" ilə qarşılaşacaq. 

Son 5 matçda qələbə qazana bilməyən və buna görə böyük təzyiq altında olan “Dinamo”nun baş məşqçisi Ante Çaçiç "Şibenik"lə oyunun təxirə salınmasını tələb edib. Rəqib imtina etdikdən sonra Çaçiç "Lokomotiva"dan eyni şeyi istəyib. Yenə rədd cavabı alan paytaxt təmsilçisi bu iki oyunda gənclərin xidmətindən yararlanmalı olacaq.

Halbuki, qış fasiləsinə qədər "Dinamo"nun geniş heyətinə görə Mahir Emreliyə "11-lik"də yer tapılmırdı.

Qeyd edək ki, "Dinamo" qəşda Mahirlə yanaşı, daha 4 futbolçusunu icarəyə göndərib. Orşiçlə Ademi klubdan ayrılıb, Livakoviç, Petkoviç, Şutalo və İvanuşeç ciddi təklif aldıqları üçün mövsümün tezliklə başa çatmasını gözləyir, oyunları "yola verirlər". Bundan başqa, heyətdə bir neçə zədəli və cəzalı oyunçu da var. 

0.15763211250305