Türkiyənin "Trabzonspor" klubunun baş məşqçisi Orxan Ak istefa edib.
"Demokratikmusavat.com" “Haber Global”a istinadla xəbər verir ki, O. Ak "Ankaragücü" klubuna məğlubiyyətdən sonra ayrılmaq qərarına gəlib.
Belə ki, ötən gün Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsində “Trabzonspor” “Ankaragücü”nə 3:1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Orxan Ak sabiq məşqçi Abdullah Avcının komandadan ayrılmasından sonra vəzifəni üzərinə götürmüşdü.