Rusiya və Belarus güləşçilərinin beynəlxalq yarışlarda iştirakına icazə verilib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Rusiya Milli Komandalarının İdman Hazırlığı Mərkəzinin direktoru Georgi Bryusov teleqram kanalında məlumat verib.
O, bununla bağlı qərarı Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyini bildirib.
Rusiyalı idmançılar turnirlərdə yalnız neytral statusda çıxış edə biləcəklər.
Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxiləsinə, Belarusun isə bunu dəstəkləməsinə görə sözügedən ölkələrin idmançıları və komandaları beynəlxalq yarışlardan kənarlaşdırılmışdlar.