Paralel.az " xəbər v ..."> Paralel.az " xəbər v ...">

Ferstappen: "Avstraliya və Azərbaycan Qran Priləri arasındakı fasilə mənim üçün şansdır"

 

"Avstraliya ilə Azərbaycan Qran Priləri arasında yaranacaq fasilə mənim üçün şansdır".

Demokratikmusavat.com xəbər verir ki, bunu “Red Bull” pilotu Maks Ferstappen “Formula 1”in rəsmi saytına açıqlamasında deyib.

Mövsümün ilk iki Qran Prisində Bəhreyndə finişə birinci, Səudiyyə Ərəbistanında isə ikinci çatan 26 yaşlı niderlandlı sürücü səhhətində ciddi problemlər yaşadığını söyləyib. O, ağ ciyərində ağrılarla yarışdığını bildirib: “Mənə elə gəlirdi ki, ciyər çatışmazlığı yaşayıram. Yarış vaxtı normal nəfəs almaqda çətinlik çəkirdim. Buna görə də Səudiyyə Ərəbistanında iki dövrədə özümü bərpa etməli oldum və nəticədə start zamanı 15-ci yerdə qərarlaşdım”.

Ferstappen aprelin 2-də baş tutacaq Avstraliya Qran Prisinin ardından fasilə yaranmasına sevindiyini gizlətməyib: “Bu mərhələdən sonra Azərbaycan Qran Prisinə qədər özümü tam hazırlamağa üç həftə vaxtım olacaq. Bu müddətdə fitnesdə hazırlaşacağam və proqrama qayıtmağa çalışacağam".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. İlk iki mərhələdən sonra Ferstappen 44 xalla pilotların yarışına liderlik edir.

0.18948578834534