Transfermarkt portalı Fransa Liqa 1-də çıxış edən futbolçuların transfer qiymətlərini yeniləyib.
"Report" xəbər verir ki, PSJ klubunun oyunçuları Neymar və Messinin dəyəri 5 milyon avro azalıb.
Onların yeni qiymətləri müvafiq olaraq 70 və 45 milyon avrodur.
Qeyd edək ki, Messi cari mövsüm Paris təmsilçisində 32 matça çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb. Neymar isə 29 görüşdə 18 qola imza atıb və 17 assist edib.
Braziliyalı hücumçu zədə səbəbindən cari mövsümün sonunadək oynamayacaq.