Nazir “Neftçi”nin sabiq baş məşqçisini vəzifəsindən uzaqlaşdırdı

 

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev əsas iş yerini itirib.

O, ixtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru postundan uzaqlaşdırılıb.

30 ildən artıqdır adıçəkilən mərkəzə rəhbərlik edən Tuayev gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə vəzifəsindən kənarlaşdırılıb.

Struktur və kadr islahatı aparan nazir burada yaş həddini əsas götürüb. “Neftçi”nin 82 yaşlı sabiq baş məşqçisi təqaüdə göndərilib.
Onun yerinə təyinat yaxın günlərdə açıqlanacaq.

Sportinfo.az

0.21910786628723