Marko Roys Almaniyanın “Borussiya” (Dortmund) klubunun tarixinə düşüb.
“Demokratikmusavat.com ” xəbər verir ki, 33 yaşlı futbolçu Bundesliqa təmsilçisinin ən məhsuldar futbolçusu ünvanını ələ keçirib.
Yarımmüdafiəçi ölkə çempionatının XXV turunda “Köln”lə qarşılaşmada dubl edərək bunu bacarıb. 6:1 hesablı qələbəyə töhfə verən Roys “Borussiya”nın heyətində ümumi qollarının sayını 161-ə çatdıraraq, klub tarixinin bombardiri ünvanına yiyələnib. O, Mixael Zorka məxsus 159 qolluq rekordu yeniləyib.
Qeyd edək ki, Marko Roys 2012-ci ildən “Borussiya”nın formasını geyinir.