Azərbaycan U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Demokratikmusavat.com AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, baş məşqçi Samir Əliyev 24 oyunçuya dəvət göndərib.
Yığma martın 23-də Albaniyanın, 26-da isə Sloveniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
U-21 bu məqsədlə, martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.
Yığmaya dəvət olunan futbolçuların siyahısını təqdim edirik:
Rza Cəfərov (“Neftçi”), Sahib Həsənov (“Şamaxı”), Rüstəm Samiqullin (“Sabah”), Samet Karakoç (“İsparta 32 Spor”, Türkiyə), Xəyyam Hüseynov (“Turan Tovuz”), Şirxan Həsənzadə (“Qarabağ”), Abdulla Rzayev, (“Kəpəz”), Mirəli Əhmədov (“Səbail”), Hüseyn Babayev (“Neftçi”), İbrahim Ramazanov (“Qəbələ”), Süleyman Damadayev (“Qəbələ”), Mahir Həsənov (“Kəpəz”) Veysəl Rzayev (“Turan Tovuz”), Camal Cəfərov (“Sabah”), Samir Məhərrəmli (“Kəpəz”), Elçin Qasımov (“Turan Tovuz”), Murad Vəliyev (“Levadia Tallinn”, Estoniya), Ramin Nəsirli (“Dauqavplis”, Latviya), Nazim Həsənzadə (“Dauqavplis”, Latviya), Emil Səfərov (“Qəbələ”), Fərid Yusifli (“Neftçi”), Samir Abdullayev (“Səbail”), Nihat Fərəcli (“Tus Koblenz”, Almaniya), Mehrac Baxşəli (“Qəbələ”)