Gürcüstan Prezidenti xalqa müraciət edəcək

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidəki mitinqlərə görə əhaliyə müraciət edəcək.

Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, müraciətin yaxın saatlarda baş tutacağı gözlənilir.

Həmçinin, Tbilisidəki mitinqlərə görə Gürcüstan Prezidentinin Nyu-Yorkdakı görüşləri ləğv edilib.

Qeyd edək ki, hazırda Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Qarşıdurma “Ağmaşenebeli strategiyası” partiyasının deputatı Paata Mandjqalidzenin bəyanatından sonra başlayıb. Belə ki, P.Mandjqaladze keçirdiyi brifinqdə müxalifətin sona qədər, o cümlədən fiziki olaraq mübarizə aparacağını deyib. O, vətəndaşları parlamentə gəlməyə çağırıb.

Xatırladaq ki, parlament binasının önünə toplanan siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri, media işçiləri, tələbələr və sıravi vətəndaşlar hazırda parlamentin plenar sessiyasında müzakirə edilən “ xarici agentlər” haqqında qanuna etiraz edirlər.

0.20453906059265