Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.
"Demokratikmusavat.com" xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı kollektiv fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa martın 6-da yekun vurulacaq.