Nikol Paşinyan sazişin imzalanacağının anonsunu verdi

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasının fəaliyyətini tənzimləyən sazişin imzalanacağının anonsunu verib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə o, Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında bildirib.

"Hazırda Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı məsələlər qarşılıqlı rəsmi məktublarla tənzimlənir. Amma missiyanın fəaliyyətini tənzimləyən sazişin gələcəkdə müzakirə etmək və müqavilə imzalamaqla razılaşmamız var ", - Paşinyan bildirib.

0.16204404830933